Minskdə 200 mindən çox insanın iştirakı ilə mitinq keçirilir
Belarusun paytaxtı Minsk şəhərində prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları davam edir.
AYNA xarici mediaya istinadən bildirir ki, bu gün yenidən xalq küçələrə axışıb. Etiraz aksiyalarında 200 mindən çox insanın iştirak etdiyi bildirilir.
Xatırladaq ki, bu gün Belarus hökuməti OMON dəstələrini, polisi və hərbi texnikanı paytaxtın mərkəzinə yeridib.
Xatırladaq ki, Belarusda etirazlar ikinci həftədir davam edir. Aksiyalar prezident seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra başlayıb. Avqustun 9-da keçirilən seçkilərin rəsmi nəticələrinə görə, hazırkı Prezident Lukaşenko 80 faizdən çox səs toplayıb. Müxalif namizəd Svetlana Tixanovskaya isə 10 faizdən bir qədər artıq səs qazanıb. Xalq seçkinin nəticələri ilə razılaşmır, Lukaşenkonu istefaya səsləyərək yeni seçkilərin keçirilməsini tələb edir.