Bəhram Bağırzadə koronavirusa yoluxub?

Xəbərlər

07.06.2020 - 13:53

Əməkdar artist hərarətinin 37.2 olduğunu söyləyib

 

Əməkdar artist Bəhram Bağırzadədən götürülən koronavirus test nümunələri pozitiv çıxıb. AYNA xəbər verir ki, bu barədə sənətçi Oxu.Az-a açıqlama verib.

 

B.Bağırzadə xəstəxanaların birinə aparılıb. Bir saat əvvəl ondan götürülən qan test nümunələri yoxlanmaq üçün laboratoriyaya göndərilib. Lakin testin nəticələri hələ ki açıqlanmayıb. Özünü yaxşı hiss etdiyini bildirən Əməkdar artist hərarətinin 37.2 olduğunu söyləyib.

Müəllif: Ayna.az