BƏƏ-nin OPEC-dən çıxması Səudiyyə Ərəbistanı ilə gərginliyi artırıb

Dünya

01.05.2026 - 14:08

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı arasında pisləşən münasibətlər münaqişəyə çevrilə bilər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasında pisləşən münasibətlər münaqişəyə çevrilə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Almaniya nəşri “Junge Welt”in məlumatında qeyd olunub

Nəşr yazıb ki, BƏƏ-nin OPEC-dən çıxması Ərəbistan yarımadasında gərginliyin artmasına səbəb olub.

Nəşrin məlumatına görə, Əbu-Dabi gələcəkdə daha çox neft satmağı planlaşdırır, lakin əsasən Ər-Riyad tərəfindən müəyyən edilən OPEC kvotaları ilə özünü çox məhdudlaşdırılmış hiss edir.

Nəşr iddia edir ki, BƏƏ və Səudiyyə Ərəbistanı arasında xarici siyasət mübahisəsi yenidən alovlanıb. Əbu-Dabi İsrail və ABŞ ilə daha sıx tərəfdaşlığa üstünlük versə də, Ər-Riyad əksinə, İranla tarazlıq tapmağı vacib hesab edir.

Qeyd edək ki, BƏƏ 1 may tarixindən etibarən OPEC-dən çıxmaq qərarını açıqlayıb. BƏƏ səbəb kimi milli maraqlara və qlobal bazarlarda yanacaq tələbatının artması ilə bağlı proqnozları göstərir.

“Reuters” baş verən hadisələri ABŞ Prezidenti Donald Trampın qələbəsi adlandırıb. Ekspertlər izah ediblər ki, Əbu-Dabi təşkilatın kvotalarından imtina etmək və "qiymət müharibəsi" elan etmək qərarına gəlib və bazarı ucuz xam neftlə doldurub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş