Bazar gününün hava proqnozu

Cəmiyyət

12.12.2020 - 13:54

Həkimlər Klinikalar SEO Xidməti

Gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir

 

Azərbaycanda dekabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.

 

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq.

 

Dekabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-4, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 şaxta olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş