Qeyri-iş günündə gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək
26 iyun - Silahlı Qüvvələr Günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidi təmin ediləcək. Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya bildirilib ki, xarici ticarət iştirakçılarının əlavə vaxt itkisinə məruz qalmaması məqsədilə qeyri-iş günündə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.