Bayram günlərində hava necə olacaq?

Xəbərlər

07.11.2025 - 15:09

Qarşıdakı günlərin hava proqnozu açıqlanıb

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, noyabrın 8-9-10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq.

Rayonlarda noyabrın 8-9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş