“Bayraktar Texnologiya Azərbaycan” çox gözəl təşəbbüsdür. AYNA.AZ APA-ya istinadən bildirir ki, bu sözləri “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib.
Səlcuq Bayraktar qeyd edib ki, azərbaycanlı gənclər, azərbaycanlı uşaqlar ölkələrinin müstəqilliyi və müdafiə sənayesi üçün yüksək texnologiyaları, xüsusilə də pilotsuz uçuş aparatları ilə bağlı biliklərini TEXNOFEST çərçivəsində inkişaf etdirirlər.