“Baykar”ın peyki kosmosa göndərilib

Dünya

15.01.2025 - 13:48

Həkimlər Klinikalar SEO Xidməti

Peyk “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib

Türkiyənin pilotsuz təyyarə istehsalçısı “Baykar”ın da iştirak etdiyi “Fergani Space” şirkətinin ilk peyki “SpaceX” raketi ilə kosmosa buraxılıb. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir.

Buraxılış ABŞ-dakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib.

Peyk “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib.

“20 illik hədəfə çatdıqdan sonra bir az irəli getdik və kosmosun tədqiqinə başladıq”, - deyə “Baykar” sədri Səlcuq Bayraktar peykin buraxılışını şərh edib.

Onun sözlərinə görə, “Fergani” layihəsi çərçivəsində türk şirkəti qlobal mövqeləşdirmə sistemi yaratmaq niyyətindədir. O, həmçinin bildirib ki, “Fergani” peyki üçün hidrogen peroksid mühərrikinin sınağı 2024-cü ilin may ayında aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş