Baydenin seçki kampaniyası üçün pulu Trampın pulundan üç dəfə çoxdur

Dünya

26.03.2024 - 12:23

Maliyyə üstünlüyü Ağ Evin hazırkı rəhbərinə ştatları gəzməyə, seçicilərlə ünsiyyətə daha çox imkan verir

ABŞ-ın hazırkı Prezidenti Co Baydenin seçkiqabağı kampaniya üçün maliyyəsi Respublikaçılar Partiyasının namizədi və ABŞ-ın keçmiş lideri Donald Trampın maliyyəsindən üç dəfə çoxdur. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, bu maliyyə üstünlüyü Ağ Evin hazırkı rəhbərinə ştatları gəzməyə, seçicilərlə ünsiyyətə daha çox imkan verir. Rəqibi Tramp isə məhkəmə çəkişmələri səbəbindən “evdə qalır”.

Nyu-York Apellyasiya Məhkəməsi Trampın mülki qərar üçün təqdim etməli olduğu girov məbləğini təxminən 545 milyon dollardan 175 milyon dollara endirsə də, bu, onun seçki kampaniyası üçün pulunu artırmayacaq, əksinə, maliyyə təzyiqini bir qədər azaldacaq.

Əsas donorlar Trampın kampaniyasına, o cümlədən aprelin 6-da Palm-Biçdə keçirilən ianə toplama mərasimində daha çox pul verə bilsələr də, Bayden və Trampın cədvəlləri arasındakı ziddiyyət respublikaçının qarşıdakı uzun və bahalı seçki kampaniyasında zəifliyini göstərir.

Müəllif: Ayna.az