Bayden Tayvana 567 milyon dollarlıq hərbi yardım verilməsini əmr edib

Dünya

30.09.2024 - 14:31

Həkimlər Klinikalar SEO Xidməti

“Pentaqonun müdafiə məhsulları və xidmətləri, hərbi təhsil və təlimlərə 567 milyon dollara qədər icazə verməsini əmr edirəm”

ABŞ Prezidenti Co Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin Mətbuat Xidmətinin yaydığı yazılı bəyanatında deyilir.

“Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə Prezident kimi mənə verilən səlahiyyətlə mən dövlət katibinə Tayvana kömək etmək üçün Pentaqonun müdafiə məhsulları və xidmətləri, hərbi təhsil və təlimlərə 567 milyon dollara qədər icazə verməsini əmr edirəm”, Bayden açıqlamasında qeyd edib.

Qeyd edək ki, ötən il Ağ Ev administrasiyasının Tayvana Pentaqon vasitəsilə ayırdığı yardımın məbləği 345 milyon dollar təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş