Bayden: “Qış mövsümü Ukrayna üçün çətin olacaq”

Dünya

18.10.2024 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

“Kiyevin müttəfiqləri onu dəstəksiz qoymamalıdırlar”

“Qış mövsümü Ukrayna üçün çətin olacaq. Kiyevin müttəfiqləri onu dəstəksiz qoymamalıdırlar”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden cümə günü Berlində deyib.

“Qış çətin olacaq, amma biz təslim ola bilmərik. Biz öz dəstəyimizi saxlamalı və Ukrayna BMT Nizamnaməsinin müddəalarına uyğun ədalətli, davamlı sülhə nail olana qədər irəliləməyə davam etməliyik”, - ABŞ lideri vurğulayıb.

Bayden Ukraynaya kömək etdiyinə görə Almaniya hakimiyyətinə təşəkkür edib.

Qeyd edək ki, Bayden Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə Ukrayna və Yaxın Şərqi müzakirə etmək üçün Almaniyaya səfər edib.

Dörd lider oktyabrın 12-də Ramşteyn aviabazasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırmışdı. Lakin Bayden “Milton” qasırğası səbəbindən Avropaya səfərini təxirə saldıqdan sonra görüş ləğv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş