Bayden Netanyahuya qəzəblənib: “Boş-boş danışmağı dayandır”

Dünya

04.08.2024 - 14:10

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ Prezidentini adi qəbul etməyin”

ABŞ Prezidenti Co Bayden telefon danışıqları zamanı İsrailin Baş naziri Benyamin Netanyahudan atəşkəslə bağlı “boş danışmağı dayandırmağı” xahiş edib. AYNA xəbər verir ki, vu barədə “Kanal 12” məlumat yayıb.

“Mənə yalan danışmağı və boş-boş danışmağı dayandır. ABŞ Prezidentini adi qəbul etməyin”, - telekanal Amerika liderinin sözlərindən sitat gətirib.

Qeyd olunub ki, belə kəskin reaksiyaya səbəb İsrailin Baş nazirinin sözünün üstündə durmaq istəyi və danışıqlara başlamağa, Qəzzada münaqişəni dayandırmağa hazır olması olub.

Daha əvvəl məlum olmuşdu ki, Bayden HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumla bağlı Netanyahu ilə “sərt” telefon danışığı aparıb. Amerika Prezidenti Netanyahuya ABŞ-ın İranın cavab zərbəsini dəf etmək üçün İsrailə kömək edəcəyini vəd edib, lakin bundan sonra İsrail tərəfi münaqişənin daha da gərginləşməsinə doğru getməməlidir. Bunun əvəzində Bayden İsrailin Baş nazirinin girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün “dərhal” işə başlamasını gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş