Bayden: “NATO kosmosda özünü müdafiə etməyə hazırdır”

Dünya

10.07.2024 - 12:47

Həkimlər Klinikalar SEO Xidməti

“Biz təcavüzün qarşısını almağa və NATO ərazisinin hər qarışını hər istiqamətdə müdafiə etməyə hazırıq”

“NATO üzv dövlətlərin ərazisini bütün istiqamətlərdə, o cümlədən kosmosda müdafiə etməyə hazırdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Alyansın sammitinin iştirakçılarına müraciətində bildirib.

“Biz təcavüzün qarşısını almağa və NATO ərazisinin hər qarışını hər istiqamətdə müdafiə etməyə hazırıq, qadirik və edəcəyik: quruda, dənizdə, kiberməkanda və kosmosda", - Amerika lideri bildirib.

Bayden Ukraynadakı hərbi əməliyyatlardan danışaraq Rusiyanı Ukraynanın mədəniyyətini məhv etmək cəhdində də ittiham edib. Bundan əlavə, Amerika Prezidenti Rusiyanı münaqişənin uduzan tərəfi adlandırıb.

Qeyd edək ki, NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçirilir. Görüşün mövzusu “Ukrayna və transatlantik təhlükəsizlik”dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş