Baş Prokurorluqdan arvadını öldürən hakimlə bağlı <font color=red> AÇIQLAMA</font>

Hadisə

31.05.2021 - 14:07

Prokurorluq Fəqan Əhmədovun vəkillərinə xəbərdarlıq edib

 

“Cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək”. AYNA xəbər verir ki, bu sözlər Baş Prokurorluğun açıqlamasında qeyd edilib.

 

Baş Prokurorluq hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlamaları ilə bağlı vurğulayıb ki, kimi hərəkətlərdən çəkinmək tövsiyə edilir.

 

“Rəsmi məlumata görə, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb”, - deyə vurğulanıb.

 

Qeyd edilib ki, Əhmədov Fəqan Rövşən oğlunun  özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, Fəqan Əhmədov Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Müəllif: Ayna.az