Baş Prokurorluqdan aparıcının şikayəti ilə bağlı <font color=red> AÇIQLAMA</font>

Xəbərlər

19.08.2021 - 16:17

“Hazırda araşdırma davam etdirilir”

 

Vətəndaş Günel Gözəlovanın ərinin həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.

 

Baş Prokurorluqdan AYNA-ya verilən məlumata görə, aparılan araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

 

“Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib. Hazırda araşdırma davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, G.Gözəlova uzun illər Azərbaycan teleməkanında aparıcı kimi fəaliyyət göstərib.

Müəllif: Ayna.az