Baş Prokurorluq polis ölümü ilə bağlı məlumat yayıb

Hadisə

10.10.2021 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Toğrul Mədətli Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb

Oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna getmiş və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb.

Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş