Xəstələrin vəziyyətiorta-ağır kimi qiymətləndirilir
Sumqayıtda zavodda zəhərlənmə baş verib. AYNA Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.
Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.