Baş Prokurorluq Gəncədə ölən və yaralananlarla bağlı məlumatı açıqlayıb

Xəbərlər

17.10.2020 - 03:31

İstintaq-əməliyyat tədbirləri həyata keçirilir

 

"Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulmuşdur. İlkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olmuş, 34 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir".

 

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında bildirilir.


"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir", - deyə məlumatda qeyd edilir.

Müəllif: Ayna.az