Əli Əsədov sərəncam imzalayıb
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə direktor təyin edilib. AYNA-nın “Report”a istinadən məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla filologiya elmləri doktoru, professor Sevinc Novruz qızı Əliyeva bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, S.Əliyeva daha əvvəl AMEA-nın Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb.