Baş nazir: “İtaliyanın Ukrayna üçün “F-16” qırıcıları yoxdur”

Dünya

21.05.2023 - 00:29

Həkimlər Klinikalar SEO Xidməti

Corca Meloni: "Bu layihədə iştirak edə bilmərik"

“İtaliyanın Ukrayna üçün “F-16” qırıcı təyyarələri yoxdur, lakin bu ölkə ukraynalı pilotlara təlim keçməyi nəzərdən keçirəcək”.

AYNA-nın “Report”a istinadən məlumatına görə, bunu İtaliyanın Baş naziri Corca Meloni bəyan edib.

“Bizim F-16-larımız yoxdur, ona görə də bu layihədə iştirak edə bilmərik. Amma söhbət ukraynalı pilotların mümkün hazırlığından gedir. Biz hələ bu qərarı verməmişik və müttəfiqlərlə müzakirə edirik”-deyə, o bildirib.

Qeyd edək ki, İtaliyanın Baş naziri Corca Meloni ölkəsindəki daşqınlar səbəbilə “G7” liderlərinin sammitindən İtaliyaya erkən qayıdıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş