Baş Nazir istefa verdi

Dünya

17.01.2020 - 17:04

Həkimlər Klinikalar SEO Xidməti

Zelenskinin bu qərarı nəzərdən keçirəcəyi ifadə edilib

 

İranın Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsini vurması ilə bağlı reaksiyaların davam etdiyi bir vaxtda, Ukraynanın Baş Naziri Oleksiy Honçarukun istefa verməsi ölkə ictimaiyyətinin gündəmini zəbt edib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, istefa məktubunu Prezident Vladimir Zelenskiyə təqdim edən Honçarukun qərarının arxasında Zelenskini tənqid edən səs yazısının ortaya çıxması olub.

 

Belə ki, Baş Nazirin istefa qərarı ilə bağlı müxtlif fərziyyələr isrəli sürülsə də, bunlardan ən çox ehtimal olunanı səs yazısının yayılması olub. Məlumatlara görə, Prezident Zelenskinin bu qərarı nəzərdən keçirəcəyi ifadə edilib.

 

Sözügedən səs yazısında Honçarukun Zelenskini, “Zelensikinin iqtisadiyyatdan başı çıxmır”, - deyərək tənqid etməsi yer alıb.

 

Qeyd edək ki, Oleksiy Honçaruk 2019-cu ilin avqustundan bəri Ukraynanın Baş Naziri vəzifəsini icra edirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş