Baş katib: "KTMT ATƏT ilə əməkdaşlığı bərpa etməyə hazırdır"

Dünya

20.04.2026 - 23:44

KTMT və ATƏT-in baş katibləri arasında görüş planlaşdırılır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) əlaqələrin dayandırıldığı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə qarşılıqlı əlaqəni bərpa etməyə hazırdır. AYNA.AZ xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalətbek Masadıkov deyib.

"ATƏT-də baş verən prosesləri yaxından izləyirik. Qarşılıqlı əlaqəni bərpa etməyə hazırıq. Bu strukturla əlaqələrin dayandırılması bizim təşəbbüsümüzlə olmayıb", - Masadıkov KTMT Parlament Assambleyası Şurasında çıxış edərkən bildirib.

 Onun sözlərinə görə, may ayında "KTMT: Sülh və Sabitlik naminə birlikdə" mövzusunda beynəlxalq dəyirmi masa keçiriləcək.

"ATƏT-in baş katibi ilə görüşüm planlaşdırılır", - Masadıkov əlavə edib.

KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Ermənistan təşkilatdakı iştirakını 2024-cü ildə dayandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş