Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Balakən şəhərində ümumi sahəsi 1250 kvadratmetr olan kərpicqurutma sexində 30 ədəd taxta rəflər 125 m² sahədə yanıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.