Balakən sakinindən 19 kiloqramdan çox marixuana götürülüb

Xəbərlər

30.06.2020 - 16:08

cedabet dərman SEO Xidməti

Mamedova məxsus əkin sahəsində yetişdirilmiş 73 çətənə kolu da aşkarlanıb

 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tülü kəndi ərazisində Mahamalar kənd sakini Q.Mamedova məxsus əkin sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 73 çətənə kolu və 19 kiloqram 190 qram qurudulmamış marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş