Bakıxanovun bir hissəsində su olmayacaq

Xəbərlər

04.09.2024 - 23:33

cedabet dərman SEO Xidməti

Saat 10:00-dan 16:00-a qədər içməli suyun verilməsində fasilə yaranacaq

Bakıxanovda su xəttində təmir işləri aparılacaq. Bu barədə AYNA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədar 6 sentyabr saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş