Bakı–Şamaxı yolunda qəza: təkəri partlayan avtomobil piyadanı vurub

Xəbərlər

05.10.2025 - 14:39

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Oktyabrın 5-də, saat 06:30-da Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında qeyd edilib.

İlkin araşdırmaya əsasən, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub. Hadisə nəticəsində piyada xəsarət alıb.

Qeyd edək ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.

BDYPİ bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş