Bakının mərkəzində binada yanğın: 41 azyaşlı təxliyə edilib

Hadisə

12.12.2023 - 15:20

Yanğın məhdudlaşdırılıb, uşaq bağçasından azyaşlılar təxliyə ediliblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermi yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçaaından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş