Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir

Xəbərlər

06.09.2024 - 08:35

cedabet dərman SEO Xidməti

Paytaxtda tıxac olan yollar açıqlanıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. AYNA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş