Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir
03 mart 2020-ci il tarixində axşam saatlarınadək Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AYNA-ya “Azərsu” Açıq Səhmdar Cəmiyyətin (ASC) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, məhdudiyyət Nizami rayonu ərazisində su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.