Bakının bir hissəsində qaz olmayacaq

Xəbərlər

27.03.2024 - 16:37

Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Nardaran QPS kollektor” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” ortatəzyiqli qaz kəmərində aşkar olunmuş qeyri-qanuni qoşulmanın ləğv olunması məqsədilə 27.03.2024-cü il tarixində saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri görülən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az