Aparılmış təmir işləri ilə problem tam olaraq aradan qaldırılıb
Prospektin sözügedən hissəsində asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə problem tam olaraq aradan qaldırılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən AYNA-ya verilən məlumata görə, təmir çərçivəsində uzunluğu 261 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yararsız qrunt yenilənib, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri icra olunub.