Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Xəbərlər

24.06.2024 - 09:50

cedabet dərman SEO Xidməti

Bu gün saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır

Bakının Sabunçu, Xətai, Nərimanov və Qaradağ rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Təmir-quraşdırma işləri aparılan zaman Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Daş karxanası, Subtropik sovxoz ərazisi və "Maştağa-Gülçülük" yaşayış massivinin, Xətai rayonu üzrə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan küçələrinin, Nərimanov rayonu üzrə Ziya Bünyadov prospektinin, Qaradağ rayonu üzrə isə Səngəçal, Əzimkənd, Umbakı qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş