Bakıdakı kəskin üfunət qoxusunun səbəbləri nədir? – <font color=red> RƏSMİ CAVAB</font>

Cəmiyyət

07.07.2020 - 15:10

Götürülən analizlərin cnəticələri məlum olub

 

İyulun 6-da axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)  mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin nəticələri məlum olub. AYNA bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib.

 

O qeyd edib ki, nəticələrə görə nümunə yaşılımtıl rəngli və bataqlıq qoxuludur, codluğu 1.8,  xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə, ionlar normadan 11.6 dəfə çox qeydə alınıb.

 

V.Əliyev bildirib ki, “Sobsan” fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalarımız davam edir.

 

O əlavə edib ki, son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub.

Müəllif: Ayna.az