Bakıda yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edilib

Xəbərlər

13.02.2024 - 21:51

Avtomobildən yola zibil atılması faktı ilə bağlı araşdırma aparılıb

Bakıda yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Belə ki, müxtəlif media subyektlərində yayılmış görüntülərə əsasən paytaxtın Binəqədi rayonu ərazisində “İJ” markalı 90-GX-182 qeydiyyat nişanlı avtomobildən yola zibil atılması faktı ilə bağlı araşdırma aparılaraq, vətəndaş A.Həsənzadə aşkar edilərək, törədilən qayda pozuntusuna müvafiq olaraq inzibati protokol tərtib edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş