Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən yolun kənarında olan “Şaqman” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan 1992-ci il təvəllüdlü Fərrux və 1997-ci il təvəllüdlü Fərid adlı şəxslər müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan şəxslər qardaşdır.