Cənub zonasında qaçaqmalçılığın qarşısı alınıb

Hadisə

04.10.2019 - 10:33

Həkimlər Klinikalar SEO Xidməti

Gömrük nəzarəti zonasına daxil olan avtomobildə gizlədilən siqaretlər aşkarlanıb

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil gömrük nəzarəti zonasına daxil olarkən şifahi, elektron və yazılı bəyannamə təqdim etməyib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, nəqliyyat vasitəsinə gömrük baxışı zamanı minik maşınının ön sağ təkərinin üzərindəki qanadın içərisində olan zavod konstruksiyasındakı, yük yerinin daxilində - yanacaq çəni ilə oturacağın arasında və mühərrik olan hissədəki boşluqlardan gömrük nəzarətindən gizlədilən 3800 ədəd "Parliament super slim" markalı siqaret aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş