Bakıda yol qəzalarında 3 ayda 33 nəfər ölüb

Xəbərlər

16.04.2024 - 11:42

DİN yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumatı açıqlayıb

Bakı ərazisində cari ilin yanvar, fevral və mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33 nəfər, xəsarət alanların sayı isə 72 nəfər olub.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin 2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumatında bildirilib.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 fakt (10%), ölənlərin sayı 15 nəfər (31,2%), xəsarət alanların sayı isə beş nəfər (6,5%) azalıb.

Müəllif: Ayna.az