Bakıda yeni işıqforlar quraşdırılıb

Xəbərlər

05.01.2026 - 13:21

Paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada işıqforları quraşdırılıb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt Bakının bir sıra ərazilərində yeni nəqliyyat və piyada işıqforları quraşdırılıb.

Mərkəzdən AYNA.AZ-a verilən məlumata görə, yeni işıqforlar Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində, “NSZ” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində və Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində istifadəyə verilib.

Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş