Bakıda yanğın tam söndürülüb

Hadisə

21.01.2026 - 19:07

Yanğın zamanı xəsarət alan olmayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın nəticəsində ümumi sahəsi 700kv.m olan bir dam altında tikilmiş 7 ədəd tikinti materiallarının satışı mağazalarından 2 ədəd mağaza və bitişik ümumi sahəsi 200kv.m olan anbar (ümumi 400kv.m) yanıb. Bitişik mağazalar və müxtəlif təyinatlı obyektlər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş