Bakının Nəsimi rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Sadıqov Vahid Zahid oğlunun idarə etdiyi motosiklet “Toyota Prius” markalı avtomobillə toqquşub.
Xəsarət alan V.Sadıqov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.