Bakıda xadimə işlədiyi evi qarət edib

Xəbərlər

27.11.2025 - 16:21

Hadisə Yasamal rayonu ərazisində baş verib

Bakıda xadimə işlədiyi evdən oğurluq edib. AYNA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Ev sahibi polisə müraciət edərək 5 000 manat dəyərində qızıl-zinət əşyaları və 220 manat pulunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü S.Dadaşova saxlanıb.

Araşdırmalarla müəyyən edilib ki, o, noyabr ayının 1-dən 25-dək müddətdə xadimə kimi çalışdığı həmin evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş