Bakıda üçmərtəbəli evdə yanğın

Hadisə

11.07.2021 - 11:18

Həkimlər Klinikalar SEO Xidməti

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli fərdi evdə yanğın baş verib.

 

AYNA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan üçmərtəbəli evin 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş