Bakıda üç ev yanıb

Hadisə

28.08.2022 - 20:06

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Sabunçu rayonunda güclü yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində ümumi sahəsi 65 m² olan mansarda tipli birmərtəbəli 4 otaqlı evin mansardası və yanar konstruksiyaları 52 m² sahədə, bitişik ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə və digər bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş