Bakıda tunellər və tuneldaxili yol elementləri təmizlənir

Xəbərlər

13.08.2024 - 16:25

cedabet dərman SEO Xidməti

Sürücülərdən iş aparılan ərazilərdə diqqətli olmaları xahiş edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakıda yağıntılar və intensiv hərəkət nəticəsində palçıq və toz basmış avtomobil tunellərinin təmizlənməsi işləri aparılır.

AAYDA-dan AYNA-ya bildirilib ki, hazırda bu çərçivədə təmizlik işləri Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən avtomobil tunelində (“Şamaxinka tuneli”) aparılır.

Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bordür hissələri xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

Sürücülərdən iş aparılan ərazilərdə diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş