Bakıda tozlu hava müşahidə olunur

Xəbərlər

15.03.2024 - 16:11

Havada tozun miqdarı 1.7 dəfə normadan artıqdır

Bakıda tozlu hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, avtomat meteoroloji stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.5 - 1.7 dəfə normadan artıqdır.

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, deyə baş Mühəndis bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş