Bakıda tikinti aparılan ərazidəki ağaclar nəzarətə götürülüb

Xəbərlər

06.09.2021 - 13:09

Həkimlər Klinikalar SEO Xidməti

Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb

 

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 116 G ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

AYNA-nın xəbərinə görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.

“Araşdırma zamanı torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş Şahxanım Əhmədovanın istifadəsinə verildiyi məlum olub”, - deyə Xidmət rəsmisi vurğulayıb.

V. Cavadov qeyd edib ki, tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə obyektin sahibi Ş. Əhmədovaya təhvil verilib.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş