Bakıda təcili yardım avtomobili ilə motosiklet toqquşub

Xəbərlər

03.01.2026 - 21:25

Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası yanvarın 3-də, saat 01:00 radələrində Nəsimi rayonunda çağırışa gedərkən yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Hadisə nəticəsində təcili tibbi yardım heyətinin 3 üzvü müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Təəssüf ki, qəza zamanı motosiklet sürücüsü hadisə yerində həyatını itirib", məlumatda deyilir.

Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş