Bakıda sexdə yanğın olub

Hadisə

12.09.2024 - 11:30

Həkimlər Klinikalar SEO Xidməti

Təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub

Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində sexdə yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Yanğın nəticəsində ümumi sahəsi 3250 kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən mebel sexinin taxta atmaları 400 kv.m və içərisindəki mebel əşyaları 100 kv.m sahədə, avtomobil təmiri sexi 100 kv.m sahədə və sexdəki 1 ədəd avtomobilin yanar hissələri, avtomobil ehtiyat hissələrinin satışı sexinin dam örtüyü 20 kv.m sahədə və açıq əraziyə yığılmış mebel avadanlıqları 40 kv.m sahədə yanıb. Obyektin böyük hissəsi, həmçinin təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub. Xəsarət alan olmayıb", - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş