Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Bakının Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan obyektin (sauna kimi fəaliyyət göstərir) dəhlizin taxta örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.