Bakıda restoranda yanğın olub

Hadisə

16.12.2021 - 14:13

Yanğın söndürülüb və binadakı mənzillərə keçməsinin qarşısı alınıb

Bu gün saat 13 radələrində paytaxtın Səbail rayonu ərazisində, Rəşid Behbudov küçəsi 58A ünvanında yerləşən restoranda yanğın baş verib.

AYNA-nın xəbərinə görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğın söndürülüb və binadakı mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş